Mühasibatlıq və Büdcə Departamentinin Hesabatlıq Şöbəsinə Baş Mütəxəssis | Banco.az
ABB

Mühasibatlıq və Büdcə Departamentinin Hesabatlıq Şöbəsinə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Mühasibatlıq və Büdcə Departamentinin Hesabatlıq Şöbəsinə Baş Mütəxəssis vəzifəsinə vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Rüblük və illik hesabatların, konsolidə edilmiş maliyyə hesbatlarının müəyyən təhlillərinin və təqdimatlarının hazırlanılması istiqamətində dəstək göstərmək;
 Xarici auditorlarla əməkdaşlıq etmək;
 Hesabatlıqla bağlı məsələlərin təhlili, anlaşılması, ümumiləşdirilməsi və onların həlli üçün təklifləri hazırlamaq;
 Kənar audit şirkəti tərəfindən maliyyə hesabatlarına dair verilən tövsiyyələrin və düzəlişlərin təhlil edilməsi, əsas fərqlər və bu fərqlərin Bankın Maliyyə siyasətinə uyğunluğuna dair hesabatın təqdim edilməsi;
 Daxili audit və Beynəlxalq Mühasibat Uçotu Standartları tələblərinə uyğun maliyyə hesabatlarının tərtib və təqdim edilməsi prosedurlarının yaradılması və daim yenilənməsinin təmin edilməsi;
 Hesabatlarının  yaradılması və mütəmadi təqdimatının təmin edilməsi;
 Maliyyə hesabatlarının tərtibi üçün tələb olunan sənədlərin maliyyə siyasəti və daxili audit tələblərinə uyğunluğuna nəzarət edilməsi.

Namizədə tələblər:

  Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə);
 Maliyyə istiqamətində beynəlxalq sertifikatlara sahib olmaq (üstünlükdür);
 Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə malik olmaq;
 Elektron maliyyə proqramları üzrə bilik və işlətmə bacarığına sahib olmaq;
 Yüksək səviyyədə riyazi və texniki bacarıqlara sahib olmaq;
 Analitik düşünmə qabiliyyətinə sahib olmaq;
 Azərbaycan və inglis dili üzrə mükəmməl biliklər, rus dilləri bilənlərə üstünlük veriləcək;
 Microsoft Office proqramlarında işləmə qabiliyyəti;
 Big4 və ya Maliyyə sektorunda iş təcrbəsinin olması üstünlükdür;
 Konsolidasiya prosesinin texniki biliklərinə sahib olmaq üstnlükdür;

Əlavə səriştə və fərdi keyfiyyətlər:

Bacarıqlar:
 Fəal öyrənmək sitəyinin olması;
 İnduktiv ə analitik təhlil qabiliyyəti;
 Problemləri həll etmək bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Hesabatlıq Şöbəsinə Baş Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az