İnsanlar sizi bu 8 əlamətə görə mühakimə edir | Banco.az

İnsanlar sizi bu 8 əlamətə görə mühakimə edir

İnsan beyni mühakimə yürütməyə hesablanıb. Bu yaşam mexanizmi, insanlara qarşılaşdığı şəxslərin davranışlarını təhlil edib-qiymətləndirmədən onlara yaxınlaşmağa imkan vermir.

Biz hamımız düşünürük ki, bizim mühakimələr söhbətlərin məzmununa və ya digər aşkar davranış tərzinə əsaslanır, amma araşdırmalar deyir hər şey əksinədir. Faktiki olaraq, bizim mühakimələrin əksəriyyəti daha xırda detallara, ilk baxışda diqqət etmədiyimiz nüanslara söykənir, məsələn görüşərkən əl sıxmaq yə ya bədən dili. Bəzən insanlar haqqında bütün bir fikri sadəcə bu davranışlara əsasən formalaşdırırıq.  

İnsanların şəxsiyyətlərinin xırda detalla əsaslanaraq tanınması baxımından bizim zəkamız həqiqətən çox inkişaf edib, hətta Kansas Universitetində belə bir araşdırma da aparıblar, insanların istifadə etdiyi əşya onların xarakterindən xəbər verir, insanların ekstrovert/introvert olması, emosional stabilliyi, razılaşma meylliliyi, vicdanlılığı və ya qapalı açıq insan olması ilə bağlı fikirləri sadəcə onların şəkillərindəki ayaqqabılara baxaraq söyləmək mümkündür.   

Bizim şüur altı davranışımız ayrı özünəməxsus dilə malikdir və onların istifadə etdiyi sözlər heç də həmişə nəzakətli olmur. Bu davranış istər-istəmədən sizin kimliyinizin təşkil edici hissəsinə çevrilib. əgər siz indiyə qədər onları ciddiyə almırdınızsa, indi zamanı çatıb, çünki onlar sizi ələ verə bilər və karyeranızda əngəl olar.

1. Siz ofisiant və ya resepşn işçiləri ilə necə davranırsınız

Sizin xidmət və dəstək sektorunun işçilərinə münasibətiniz sizin imicin bir hissəsinə çevrilir və bunlara diqqət etmək artıq ümumi intervü taktikasına çevrilib. Sizin binaya daxil olub-çıxarkən köməkçi heyətə münsibətinizi izləyərək işəgötürənlər sizin ümumiyyətlə insanlar ilə necə rəftar etməyinizi öyrənir. Çünki insanlar bəzən asılı olduqları insanlar ilə münasibətdə fərqli davranır, daha sonra isə vəzifədə nisbətən kiçik olanlara qarşı laqeydlik və ya təkəbbürlü münasibət nümayiş etdirir. Biznes yeməkləri bu münasibətlərə işıq salan başqa bir mühitdir. Sizin xidmət personalına münasibətiniz daha çox göz qabağında olur, nəinki birgə nahar etdiyiniz insanlara. Yəni süfrə arxasında nə qədər incə olsanız da, personala qarşı da eyni qədər diqqətli olmalısınız. Əks halda, şanslarınız sıfırlanır.

2. Telefonu nə qədər tez-tez yoxlayırsınız

Söhbətin ortasında telefonuna fikri yayınan insan qədər məyusedici heç nə ola bilməz. Bu diqqətsizlik, hörmətsizlik, qulaq asma qabiliyyətinin olmaması, istəksizlik kimi yozula bilər. zəruri və təcili hal olmayana qədər telefonu gözləmə rejimində saxlamaq lazım. Elon Universitetinin araşdırmasına əsasən, danışıq zamanı telefonu çıxartmaq üzbəüz ünsiyyətin həm kəmiyyətinə həm də keyfiyyətinə mənfi təsir edir.

3. Təkrarlanan, əsəbi vərdişlər

Dırnaqlar, üz və ya dəriniz ilə oynamaq adətən əsəbi, həyəcanlı və kontrolda olmamaq anlamına gəlir. Miçiqan universitetinin apardığı araşdırma sübut edir ki, bu əsəb vərdişləri adətən perfeksionist – mükəmməlik aludəsi olan şəxsiyyətlərdə müşahidə olunur. Adətən bu insanlar darıxanda, məyus olanda və ya gərgin olanda həmin vərdişlər özünü büruzə verir.

4. Sual vermək nə qədər vaxtınızı alır

Bəzən ünsiyyətdə olduğumuz insanlar, sadəcə bütün zaman ərzində özləri haqda danışır. Insanların qarşıdakı insana söz verməsi, maraq göstərməsi şəxsiyyəti qiymətləndirmək baxımından çox güclü əlamətdir. Bəzən insanlar sadəcə özləri haqqında, fəxarətlə və möhkəm danışmağı sevir. Bəzi insanlar isə daha çox sual verir, özləri haqqında çox az nəsə paylaşır və sizi danışmağa vadar edir. Bu iki tip arasında balansı tutmağa bacaranlar isə ən yaxşı həm söhbətdirlər. onlar həm sizi dinləyir həm də, sizinlə paylaşır. 

Ən sərfəli kredit üçün müraciət et

5. Əl sıxma mərasimləri

İnsanlar üçün ümumi haldır ki, onlar zəif əl-sıxma adətini özünə güvənin az olması ilə səciyyələndirir. Alabama Universitetinin apardığı araşdırma göstərir ki, insanların əl-sıxma vərdişinə görə onların qabiliyyətləri haqqında fikir yürütmək düzgün olmasa belə, siz onların xasiyyət və davranışlarını asanlıqla müəyyən edə bilərsiniz. Xüsusən də təhqiqat göstərir ki, möhkəm əl sıxma daha az utancaqlıq, daha az sinirlilik və daha çox ekstrovertlik əlamətidir.

6. Gecikmə

Gecikmək hörmətsizlik və süründürməçilik əlaməti, həmçinin tənbəllik və maraqsızlıq nümayişi hesab olunur. Lakin bu deyilənlərə əks olaraq, San Dieqo Universitetində, Jeff Conte tərəfindən aparılmış araşdırma deyir ki, gecikmə daha çox eyni anda bir neçə tapşırıq yerinə yetirən və rahatlıq hissi yüksə olan insanlarda müşahidə olunur. Bəzi insanlar sadəcə zamanı bizə nisbətən daha asta yaşayır. Son nəticə: gecikən insanları çox qınamayın. Hər hansı bir fərziyyə irəli sürməkdənsə, gecikmənin arxasında dayanan səbəb ilə maraqlanmaq daha yaxşı olar.

7. Əl yazısı

İnsanların yazı qabiliyyəti ilə xarakteri arasında əlaqənin mövcudluğu ilə bağlı yanlış stereotiplər mövcuddur. Məsələn bəziləri güman edir ki, sizin qələmi kağıza nə qədər möhkəm sıxmağınız gərginlik əlamətidir, yazının hansı istiqaməti meyliliyi isə sizin qapalı və ya açıq insan olmağınızı göstərir. Yazıdakı aydınlıq/qarma-qarışıqlıq isə təşkilatçılıq bacarıqlarını səviyyəsinə dəlalət edir.  Lakin araşdırmalar bu sahədə öz sübutunu tapmır, amma stereotiplər isə möhkəmdir, ona görə də əgər sizin yazılası məktubunuz varsa, yaxşı olar ki, klaviaturadan istifadə edib, özünüzü sığortalayasınız.

8. Göz kontaktı

Göz kontaktında ən həlledici amil balansdır. Göz kontaktını qorumaq vacib olsa da, bunu davamlıq və bütün zaman ərzində 100 faiz etmək, aqressiv və qorxuducu görünə bilər. Amma eyni zamanda siz söhbətin yalnız kiçik bir hissəsində göz kontaktından istifadə edir, daha sonra baxışlarınızı qaçırırsınızsa, onda sizin haqqınızda utancaq, çəkingən və çox da həvəsi olmayan biri kimi düşünəcəklər. mütəxəssislər hesab edir ki, nitqin (görüşün) 60%-i ərzində göz kontaktını qorumaq, düzgün balansı qurmaq deməkdir, bu sizin haqqınızda maraqlı, dostpərvər və  etibarlı insan təəssüratı yaradır.

Hamısını bir araya gətirmək

Bəzən həyatda kiçik şeylər böyük fərqlər yaradır. Onlara hazır olmaq lazımdır kki, siz güclü təəssürat bağışlaya biləsiniz.

Könül Soltanova, Banco.az

Mənbə: 8 Small Things People Use to Judge Your Personality