İşlər plan üzrə getməyəndə - 3 biznes dərsi | Banco.az

İşlər plan üzrə getməyəndə - 3 biznes dərsi

Hər dəfə nəsə plan üzrə getməyəndə, mən onu öyrədici təcrübəyə çevirməyi, həmçinin öz hisslərimi və yeni tapıntıları iş adamları və biznes liderləri ilə paylaşmağı xoşlayıram.

Biz uzun illər boyu bir neçə, Virgin kompaniyasına “sağol” deməli olmuşuq, amma bunu edərkən, biz mən bir neçə həyati dərs çıxarmışam. Bu üçü isə mənim üçün ən vacibidir:

Əsas səyahət özüdür, istinad nöqtəsi deyil

Mən həmişə Ann Brashares-in bu sitatını çox sevmişəm: “Məsud olmaq həyatındakı hər şeyin mükəmməl olması demək deyil. Ola bilsin ki, xoşbəxtlik xırda sevincləri bir araya gətirməkdir” – daha yaxşı ifadə etmək mümkün deyil.

Biznesdə, məni sevindirən və gülməyən vadar edən hadisələri yada salanda görürəm ki, bunlar heç də İPO-lar (səhmlərin kütləvi yerləşdirilməsi), ilin sonun mənfəətlə vurmaq və ya qazanılan mükafatlar olmayıb. Bu hər dəfə yeni layihələrin başlanması, işin təməli və bu yolda komandamızla paylaşdığımız xüsusi anlardır. Məni həmişə səyahətin özü maraqlandırıb, nəinki çatacağın ünvan.

Stəkan həmişə yarıdoludur

Bütün iş adamları və liderlər öz bizneslərinə emosional bağlıdır - əgər bağ yoxdursa, onda onlar həmin biznesdə olmalı deyil. Amma işlər plan üzrə getməyəndə yaşanan çətinliyə baxmayaraq, nikbin münasibəti qoruyub saxlamaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Mən əlacsız optimistəm və məhz belə olmasına çox şadam. Bu mənə həmişə ümidli olmağa və gələcəyə fokuslanmağa kömək edib. Münasibət hər şeydir. həm həyatda, həm də biznesdə. Yarıboş olan stəkanda üzənlərin batma ehtimalı daha çoxdur, nəinki yarıdolu stəkanda üzənlər.  

Son, həmişə son deyil

Virgin Groupun tərkibində bizim 100-dən çox biznesim var, amma onlardan hər hansı birini bağlamaq qərarı heç də asan olmur. Amma bəzən bütün təşkilatın mənafeyi naminə (yəni şirkətin sağlamlığı üçün) hansı isə biznesi bağlamaq lazım gəlir. Yeni iş qurmaq istəyənlərə dəstək olan bir brend kimi (entrepreneur brand), Virgin həmişə yeni bizneslərə start verib və biz dayanmayacağıq. 

Könül Soltanova, Banco.az

Mənbə: 3 leadership lessons I’ve learned from when things don’t go to plan | Virginwww.virgin.com