Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb | Banco.az

Bakıda 16 mindən çox şəxs işsiz statusu alıb

Bu il may ayının birinə olan məlumata görə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 854 nəfər olub, onların 37,3 faizini qadınlar təşkil edib. Rəsmi işsizlərin 5 495 nəfəri işsizliyə görə müavinət alır. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

İşsizlik statusu alanlardan 16 411 nəfəri məhz Bakının payına düşür. Onlardan 2 211 nəfəri isə işsizliyə görə müavinət alır.

 

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et