Viza almaq istəyən və ya artıq təcrübəsi olan şəxslər yaxşı bilir ki, səfirliklərdən tələb olunan sənədlərdən biri də bankdan hesabda vəsaitin olması ilə bağlı arayışdır. Bu dəfəki araşdırma mövzumuz banklardan alınan arayışların xidməthaqqıları ilə bağlı oldu. Son iki il ərzində bankların müxtəlif xidmətlər üzrə komisyon haqqlarının artmasını nəzərə alaraq, banklardan səfirlik üçün verilən arayışların xidməthaqqıları ilə maraqlandıq.
Qeyd edək ki, səfirliklər üçün arayış adətən ingilis dilində alınır və arayışlar, mütləq möhürlü olmalıdır. Səfirliklər bəzən internet bankinqlə əldə olunan, çıxarılışları qəbul etmir.
Beləliklə bankların xidmət haqqıları ilə, tanış ola bilərsiniz. Məlumat bankların saytlarından və məlumat mərkəzləri ilə əlaqə saxlayaraq əldə olunub.
Yalnız bir neçə bank ilə əlaqə saxlamaq mümkün olmayıb.
Bankın adı |
Arayışın qiyməti |
Ziraat Bank |
M.y |
Yapı Kredi Bank |
10 AZN |
Xalq Bank |
8 AZN |
VTB Bank |
17.70 AZN |
Unibank |
10 AZN |
Turanbank |
10 AZN |
Rabitəbank |
5 AZN |
Paşa Bank |
5 AZN |
Nikoil Bank |
5 AZN |
NBC Bank |
10 AZN |
MuganBank |
Pulsuz |
Kapital Bank |
10 AZN |
Gunay Bank |
10 AZN/10 USD |
Expressbank |
10 AZN |
Dəmirbank |
5 AZN |
CDB BanK |
10 AZN |
Beynəlxalq Bank |
10 AZN |
Bank Silk Way |
10 AZN |
Bank Respublika |
10 AZN |
Bank of Baku |
10 AZN |
Bank BTB |
3 AZN/3 USD |
Bank Avrasiya |
5 AZN |
Azər Türk Bank |
10 AZN |
Atabank |
10 AZN |
ASB Bank |
!0 AZN |
Amrahbank |
2 AZN |
AGBank |
10 <0.5% |
AFB Bank |
10 AZN |
AccessBank |
20 AZN |