Assosiasiya prezidenti: Bankların birləşməsi davam edəcək | Banco.az

Assosiasiya prezidenti: Bankların birləşməsi davam edəcək

“Bankların konsolidasiya prosesi davam edəcək”. 

Bunu açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, “AtaBank” və “CDB Bank”ın birləşməsindən sonra bank bazarında konsolidasiya ilin sonuna qədər davam edəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Konkret olaraq neçə bankın və hansı bankların birləşmə ehtimalının olduğuna gəlincə, Z.Nuriyev bu barədə məlumatlı olmadığı deyib.

Bununla belə, o əlavə edib ki, bank sisteminin sağlamlaşdırılması üçün bu prosesə ehtiyac var. 
Amma bank sektorunda yeni birləşmələr baş tutarsa, bu, məcburi addım olmayacaq, əksinə, bank səhmdarlarının qərarlarından asılı olacaq.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et