SOCAR: Azərbaycanda neft hasilatı hər il azalır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

SOCAR: Azərbaycanda neft hasilatı hər il azalır

“Azərbaycanda neft hasilatı hər il 7-10% azalır”.

Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq “Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

“Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir.

“Əsrin Müqaviləsi” imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, “Şahdəniz” yatağı işə salınarkən isə 92 dollar idi. 

Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb”, - deyə V.Bəylərbəyov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, SOCAR bu layihələrdən 120 mlrd. dollar gəlir əldə edib.

Mənbə: Apa.az