“AtaBank” ASC 2017-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
"Mənfəət və zərər hesabatı"na əsasən bank ilin ilk rübünü 1 milyon 178 min manat xalis mənfəət ilə başa vurub.
Banco.az bankın hesabatlarına əsasən xəbər verir ki, bu ilin il üç ayında “AtaBank”ın faiz və qeyri-faiz gəlirləri 11 milyon 4 min manat, faiz və qeyri-faiz xərcləri isə 9 milyon 172 min manat təşkil edib.
Nəticədə ilk rübdə bankın əməliyyat mənfəəti 1 milyon 832 min manat təşkil edib. “AtaBank” kredit və depozit itkiləri üzrə ehtiyata 645 min manat ayırdığından bankın xalis mənfəəti 1 milyon 178 min manat olub.
Sözügedən dövrdə bankın cəmi aktivləri 464 milyon 533 min manat təşkil edib. Bankın kredit portfeli isə 393 milyon 742 min manat, depozit portfeli isə 256 milyon 227 min manat təşkil edib.
“AtaBank” ASC 2017-ci ilin 1-ci rübü üzrə cəmi kapitalı 68 milyon 585 min manat olub.
Bank ötən ilin sonunda 472 milyon 541 min manat cəmi aktivlərə, 406 milyon 533 min manatı müştərilərə verilmiş kreditlər, 412 min manat 730 min manat cəmi öhdəliklərə, 269 milyon 591 min manatı depozitlər, 59 milyon 811 min manat cəmi kapitala malik idi.