“Atabank” və "CDB Bank" 3 aya birləşəcək | Banco.az

“Atabank” və "CDB Bank" 3 aya birləşəcək

“Atabank” və “Caspian Development Bank” ASC-lərin birləşməsi prosesi ən geci 3 aya yekunlaşacaq. Bu barədə bankların birləşməsi ilə bağlı bu gün keçirilən mətbuat konfrasında məlumat verilib.

Tədbirdə deyilib ki, yeni yaranacaq bankın Müşahidə Şurasına (MŞ) “Caspian Development Bank”ın MŞ-nın sədri Fərəh Məmmədova, İdarə Heyətinə isə “Atabank”ın İH-nin sədri Dəyanət Quliyev rəhbərlik edəcəklər. İdarə Heyəti 7 üzvdən ibarət olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Mətbuat konfransında o da bildirilib ki, konsolidasiya prosesinə yeni bankların qoşulması ilə bağlı “Synergy Group” MMC heç bir maliyyə qurumu ilə danışıq aparmır.

Mənbə: Report.az