“Azər-Türk Bank” ASC 2017-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabatlara əsasən bankın aktivləri 31 mart 2017-ci ildə 288 milyon 860 min 549 manat olmuşdur.
Bankın kredit portfeli sözügedən dövrdə 140 milyon 101 min 369 manat olmuşdur.
“Azər-Türk Bank”ın məcmu kapitalı üzrə göstəricilər birinci rüb üçün 55 milyon 710 min 787 manat olmuşdur.
Bank 2017-ci ilin ilk rübünü mənfəətlə başa vurmuşdur. Belə ki, sözügedən dövrdə bankın xalis mənfəəti 1 milyon 64 min 552 manat təşkil etmişdir.
25 may 1995-ci ildə təsis edilmiş “Azər-Türk Bank” hal-hazırda 7 filial şəbəkəsi və 3 şöbə ilə fəaliyyət göstərir.