Mərkəzi Bank hərraca çıxardığı notların 99%-ni sata bilib | Banco.az

Mərkəzi Bank hərraca çıxardığı notların 99%-ni sata bilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 25 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, hərraca 3 investor 3 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 60 112 700 manat təşkil edib. Sifarişlər 98,8848 manat (14,4999%) - 98,9312 manat (13,8901%) qiymətində təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiymət emitent tərəfindən 98,9312 manat (13,8901%) səviyyəsində müəyyənləşdirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. 

Notların nominal üzrə reallaşdırılmış həcmi 24 732 800 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi bu il mayın 10-dur.

Mənbə: Report.az