İİTKM “İxrac İcmalı”nın onlayn nəşrinə başladı | Banco.az

İİTKM “İxrac İcmalı”nın onlayn nəşrinə başladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “İxrac İcmalı”nınonlayn yayımına başlayır. “İxrac icmalı” sahibkarların ixracla bağlı maarifləndirilməsinə xidmət edəcək. “İxrac İcmalı”nın ilk sayında qeyri-neft sektoru üzrə Azərbaycan mənşəli malların ixracına dair dövrü məlumat, Azexport.az portalına bu ilin ilk rübündə daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü və ixrac sifarişlərinin məbləği barədə infoqramlar, ixracatçıların ixrac üçün icazələri vahid elektron ərizə əsasında əldə etmələri və ixrac təşviqini almaq üçün onlayn müraciət imkanları ilə bağlı şərhlərə yer verilib.
Bununla yanaşı ixrac icmalın növbəti saylarında müntəzəm olaraq dünyanın müxtəlif ölkələrinin ixrac və idxalla bağlı qaydalarındakı dəyişikliklər və yeniliklərlə bağlı məlumatlarda əksini tapacaqdır.
Ümumiyyətlə, ixrac icmalı sahibkarların ixracla bağlı məlumatlılığını artırmağa, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək xidmət edəcək.
Qeyd edək ki, “İxrac İcmalı”-nın Baş redaktoru İqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Hüseyndir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür

http://iqtisadiislahat.org/export

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqə:

Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88

Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89                                                                         

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

E-mail: [email protected]

Web:http://iqtisadiislahat.org/contact-us

http://ereforms.org/contact-us

http://ecoreform.az/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat

https://www.youtube.com/channel/UCRqqwouYQ0a5VVfEyLJe4pw

Ən sərfəli krediti almaq üçün müraciət et