“Bloomberg”də dollar kəskin düşüb | Banco.az

“Bloomberg”də dollar kəskin düşüb

Aprelin 6-da keçirilən valyuta hərracında dolların ucuzlaşması banklar arasında valyuta ticarətinə də təsir edib. 

Belə ki, “Bloomberg” terminalında dollar manat qarşısında kəskin ucuzlaşıb. 

Banklar arasında dollar 1,6712 manata düşüb. 

Bu isə ötən günlə müqayisədə dolların 2,4% ucuzlaşması deməkdir. Dollar terminal üzərində ötən günü 1,7124 manat kursu ilə yekunlaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1,67 məzənnəsi sonuncu dəfə ötən ilin noyabr ayının 1-də qeydə alınmışdı.

Xatırladaq ki, Azərbaycan bankları valyuta birjası kimi “Bloomberg” terminalından istifadə edirlər. “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.

Mənbə: Fins.az