Dövlət Neft Fondu (SOFAZ) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 250 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Xatırladaq ki, Neft Fondu yanvar-fevral ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin 3 ayı ərzində SOFAZ tərəfindən hərraclarda satılan valyutanın həcmi 784,4 mln. dollar təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında Neft Fondu 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
©APA.az