Banco.az Media Consulting and Services şirkətinin mart ayı hesabatına istinadən xəbər verir ki, bank sektoru üzrə şirkətlərin media reytinqi hesablanıb.
Məlumatlara əsasən martda mediada ən çox adı çəkilən bank Azərbaycan Beynəlxalq Bankı olub. Siyahıda ikinci yerdə "Unibank", üçüncü isə "Paşabank" qərarlaşıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.