Dizayner | Banco.az
Yelo Bank

Dizayner

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Təqdimatların tərtibatı
  • Şirkət üslubunun və brendbuk elementlərinin hazırlanması;
  • Korporativ saytın interfeysinin hazırlanması;
  • Web və flash bannerlərinin yaradılması;
  • Çap məhsullarının dizayn və adaptasiyasının maketi, səhifə dizaynı;
  • Reklam məhsullarının yaradılması, hazır maketlərin korreksiyası;
  • Reklam maketlərinin, o cümlədən küçə reklam maketlərinin hazırlanması;
  • Maketlərin hazırlanaraq çapa verilməsi;
  • Fotoşəkillərin işlənməsi;
  • Sosial şəbəkələr üçün posterlərin yaradılması;
  • Tapşırıqlara kreativ və müasir yanaşma;
  • Rəsm çəkə bilmə qabiliyyəti üstünlükdür;

Tələblər:

  • Keyfiyyətli və hərtərəfli portfolionun olması mütləqdir;
  • Funksional və rahat interfeyslərin tipoqrafiyasının, kompozisiyanın yaradılmasının dəqiq anlaşılması;
  • Xırda detallara diqqət və işə son dərəcə məsuliyyətli yanaşma – İnterfeysin  hər bir elementini maksimum səylə işləyə bilmə bacarığı;
  • Müasir qrafik proqramlarla işləyə bilmə bacarığı (Adobe Illustrator, Photoshop, Corel Draw, Adobe InDesign, Adobe Premiere və s.)
  • Web-dizaynın aktual trendlərini bilmə və anlama bacarığı;

Şərtlər:

Ciddi iş qrafiki: 09:00-dan 18:00-a kimi

Əmək haqqı: 700 AZN-dən başlayaraq

Əlavə təlimatlar:

İş təcrübəsi: 1 il ( Maliyyə müəssisələrində işləyənlərə üstünlük veriləcək)

Portfolionun olması üstünlükdür.

CV-lərin [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

CV-lərin təqdim olunma müddəti 2017-ci il aprelin 15-dəkdir!

Məvacib: 
700