“Dəmirbank”dan Beynəlxalq Banka transfer | Banco.az

“Dəmirbank”dan Beynəlxalq Banka transfer

“Dəmirbank” ASC-də kadr dəyişikliyi baş verib. Bankın departamentlərindən birinin rəhbəri işdən ayrılıb.

Məlumata görə, “Dəmirbank”ın Pərakəndə bankçılıq Departamentinin rəhbəri Nuru Xəlilov işdən ayrılıb.

N.Xəlilovun tezliklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Səbail” filialına müdir təyin edilməsi gözlənilir.

Xatırladaq ki, 2016-cı ilin yanvarından “Dəmirbank”da çalışan N.Xəlilov bundan öncə “Unibank” ASC-nin 10 saylı filialının müdiri olub.

©Report