Aqro Servis müdiri | Banco.az

Aqro Servis müdiri

Vakansiya haqqında məlumat: 
Kateqoriya: Kənd təsərrüfatı
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 5 ildən artıq
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Magistr
Dillər Səviyyə
Azərbaycan Ana dili
Rus Orta
İngilis Orta
Öhdəliklər:
  • Bütün texnika, maşın və avadanlıqların idarə edilməsi sisteminin qurulması ( GPS );
  • Qabaqcıl istehsal texnikalarının həyata keçirilməsi və inkişaf sahələrinin müəyyən edilməsi;
  • Texniki xidmət prosedurlarının gücləndirilməsi və həyata keçirilməsini təmin edilməsi;
  • Problemləri müəyyən etmək və həll etmək üçün hədəflərin müəyyən edilməsi;
  • İşçi heyətində iş bölgüsünün müəyyənləşdirilməsi və nəzarət edilməsi;
  • Lazım olduqdada avadanlıq inventarizasiyasının izlənməsi və sifarişlərin verilməsi;
  • Xərclərin izlənməsi və büdcəyə nəzarət edilməsi;
  • Podratçılarla və xidmət təminatçıları ilə əlaqələrin idarə edilməsi;
  • Xidmət haqda gündəliklərin tutulması və gündəlik fəaliyyətlərin hesabatının verilməsi;
  • Dövlət orqanları və kredit təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması;
  • Vəsaitlərin vaxtında alınmasına nəzarət edilməsi, və rəhbərliyə hesabat verilməsi;
  • Keyfiyyətli istehsal standartlarına uyğunluğun təmin edilməsi;
  • Layihənin hədəf və maliyyə göstəricilərinin təmin edilməsi;
  • İşçi heyətinin koordinasiyası, şirkət qaydalarına uyğunlaşmasının təmin edilməsi;
  • Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin ediməsi.
Namizəddə tələblər:
  • Ali təhsil;
  • Aqroservis və ya maşın texniki xidmət sahəsində peşəkar 5 il iş təcrübənin olması;
  • Texniki əməliyyatlarının planlaşdırılması sahəsində təcrübənin olması;
  • Təsisat maşınları və avadanlıqları, xüsusilə də kənd təsərrüfatı maşınları sahəsində məlumatın olması;
  • Fəaliyyəti təqib etmə və hesabat vermək bacarığının olması;
  • İstehsal, əkin və saxlama texnologiyası, təhlükəsizlik ehtiyacları üçün texniki şərtlər haqqına məlumatın olması;
  • İstehsal avadanlıq və texniki əməliyyat qaydaları haqqında məlumatın olması;
  • İş və şəxsi keyfiyyətlər: məsuliyyət, dürüstlük, nəticələrə fokuslanma, təşkilati və ünsiyyət bacarıqlarının yüksək olması;
  • İngilis və ya rus dilini bilmək tələb olunur.

 Müraciət üçün buraya daxil olun.

 

Şirkət: 
Gilan Holdinq