Ölkənin ən axmaq bankı | Banco.az

Ölkənin ən axmaq bankı

Almaniyanın dövlət bankı — Kreditanstalt für Wiederaufbau (KfW) başqa bir bankın hesabına səhvən 5,4 milyard dollar köçürüb. ​ Hadisə texniki nasazlıq səbəbindən baş verib və köçürülən məbləğ  bir neçə dəfə təkrarlanıb. 

 "Biz tez bir zamanda bu səhvdən xəbər tutduq və onu aradan qaldırdıq. Köçürülən məbləğ geri qaytarıldı".

2008-ci ilin sentyabrında da bank səhvən o dövrdə artıq müflis olan Lehman Brothers bankının hesabına 300 milyon avrodan çox vəsait köçürüb. Hadisə siyasi qalmaqala səbəb olub, mətbuat isə KfW-ni "Almaniyanın ən axmaq bankı" adlandırıb.

KfW Deutsche Bank və Commerzbank-dan sonra Almaniyanın üçüncü ən iri bankıdır. 

©İstiPress