Korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub | Banco.az

Korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub

Bu ilin fevral ayı ərzində Azərbaycanda vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır. Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 41,8%-i müxtəlif arayışların alınması, 23,2%-i kameral vergi yoxlamaları, 13,7%-i vergi borcları, 3,4%-i vergi qanunvericiliyinin tətbiqi, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4%-i səyyar vergi yoxlamaları, 0,7%-i qəbul, 0,4%-i işlə təmin olunma, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün müraciətlərə vaxtında baxılıb, onların 69,2%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 388 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən, fevralın 24-də vergilər naziri tərəfindən Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 30 vətəndaş qəbul edilib.

Mənbə: Report.az