Azərbaycanda ilk sosial evləri tikən şirkətlər məlum olub | Banco.az

Azərbaycanda ilk sosial evləri tikən şirkətlər məlum olub

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC tərəfindən 3 lot üzrə elan edilmiş tenderin qalibləri müəyyən edilib. Tenderin hər lot üzrə bir olmaqla ümumilikdə üç qalibi var.

Məlumata görə, lot-1 üzrə “NN Group” MMC, lot-2 üzrə “Hünər İnşaat” firması və lot-3 üzrə “11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar tender elanı yanvarın 24-də elan olunub.

Mənbə: Report.az