"LUKoil" neft hasilatını azaldıb | Banco.az

"LUKoil" neft hasilatını azaldıb

İlkin məlumatlara görə, Rusiyanın “LUKoil” şirkəti 2016-cı ildə neft hasilatını əvvəlki illə müqayisədə 8,6% azaldıb.

Ötən il şirkətin neft hasilatı 91,992 mln. ton təşkil edib.

Məlumata görə, ötən ilin IV rübündə şirkətin neft hasilatı III rüblə müqayisədə 0,7% artaraq 22,69 mln. tona çatıb.

Ötən il ərzində “LUKoil” şirkətinin qaz hasilatı isə cüzi artaraq 20,3 mlrd. kubmetr təşkil edib. 2016-cı ilin IV rübündə şirkətin qaz hasilatı III rüblə müqayisədə 8,3% artaraq 5,1 mlrd. kubmetrə çatıb.

©Report