"Rabitəbank" ASC-nin baş direktoru vəzifəsinə təyin olunan S.Rzayev 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş, bank karyerasına 1995-ci il tarixindən "Renessans" kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlayıb.
1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışıb. 1999-cu ilin iyun-sentyabr aylarında "Bank of Baku" kommersiya bankında müxbir əlaqələr şöbəsinin rəisi olaraq fəaliyyət göstərib.
2001-2003-cü illərdə "Most Bank"da kommersiya əməliyyatları şöbəsinin treyderi, filialın baş mühasibi və maliyyə departamentinin mühasibatlıq şöbəsinin baş mühasibi müavini vəzifələrində çalışıb.
2003-2007-ci illərdə "Bank Standard" QSC-də maliyyə departamentinin direktor müavini, 2007-2009-cu illərdə biznes proseslər və institusional inkişaf departamentinin direktoru, 2009-cu il tarixindən 2017-ci ilin fevral ayınadək isə həmin bankın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.
Onu da qeyd edək ki, S.Rzayev "Rabitəbank"ın sayca 5-ci baş direktorudur.