"Rabitəbank"ın rəhbərliyində yeni təyinat olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Rabitəbank"ın rəhbərliyində yeni təyinat olub

"Rabitəbank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub.

Samir Rzayev bankın baş direktoru vəzifəsinə təyin olunub. Bu vəzifədə S.Rzayev maliyyə sahəsinə nəzarət edəcək.

O vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.

S.Rzayev bank karyerasına 1995-ci il tarixindən "Renessans" kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlayıb, 1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışıb. 1999-cu ilin iyun-sentyabr aylarında "Bank of Baku" kommersiya bankında müxbir əlaqələr şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. 2001-2003-cü illərdə "Most Bank"da kommersiya əməliyyatları şöbəsinin treyderi, filialın baş mühasibi və maliyyə departamentinin mühasibatlıq şöbəsinin baş mühasibi müavini vəzifələrində çalışıb. 2003-2007-ci illərdə "Bank Standard" QSC-də maliyyə departamentinin direktor müavini, 2007-2009-cu illərdə biznes proseslər və institusional inkişaf departamentinin direktoru, 2009-cu il tarixindən 2017-ci ilin fevral ayınadək isə həmin bankın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, S.Rzayev "Rabitəbank"ın sayca 5-ci baş direktorudur.

Mənbə: Apa.az