Bu yaxınlarda bütün digər elektron platformalardan fərqlənən və yeni fəaliyyətə başlayan maash.az saytı nəinki insan resursları sahəsində ən rahat xidmət göstərən məkan, hətta ölkədəki əmək münasibətlərini elektron nizamlayan şirkətlər bazarında uğurlu yeni bir ad oldu.
Saytın xidmətləri ilə tanış olduqda məlum olur ki, Maash.az portalı elektron xidmətlər bazarında təmənnasız xidmətlərin sayının ən çox olduğu bir resursdur. Bu da istifadəçilər üçün onun cəlbediciliyini daha da artırır. Sayt ölkədə öz fəaliyyəti ilə daim gündəmdə olan böyük şirkətlərlə əməkdaşlıq çərçivəsində xeyli sayda vakansiya bazası formalaşdırmışdır. Bu saytın bir sıra özəllikləri vardır ki, onlardan da biri və ən əsası da işə götürən tərəflə iş axtaran tərəf arasında birbaşa əlaqənin qurulmasıdır. Peşəkar komanda tərəfindən bütün elanlar və elan yerləşdirənlər yoxlanıldığı üçün bu saytda “işə düzəlmə agentlik”lərinin və saxt şirkətlərin fəaliyyəti mümkünsüz olur. Bu da sayt istifadəçiləri üçün tam rahat və əmin bir mühitin formalaşdırılması deməkdir.
Saytın xüsusi təklif etdiyi xidmətlərdən biri də özünü inkişaf etdirmək istəyən şəxslər üçün xüsusi kurslardır. Bu bölmədə xüsusi axtarış sistemindən istifadə edərək hər bir şəxs ona rahat olan istədiyi kursu tapa bilər. Qeyd edilməlidir ki, kurs elanlarının hər biri peşəkar şirkətlərə məxsusdur. İstifadəçi olaraq həm şirkət nümayəndələrinin həm də iş axtaranların bu saytdan rahat istifadə edəcəyinə və razı qalacağına əminik.
Son olaraq qeyd edək ki, Maash.az komandası xüsusi qrup insanların (əlillər, az yaşlı uşaqları tərbiyə edən tənha analar, gənclər, məcburi köçkünlər və qaçqınlara və.s) iş tapması üçün böyük layihələr üzərində işləyir və yaxın zamanlarda bu layihələr işıq üzü görəcəkdir.
Saytın rəsmi email ünvanı: [email protected]