Vergi güzəştlərindən istifadə üçün son gün | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

Vergi güzəştlərindən istifadə üçün son gün

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında " Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar vergi borclarının silinməsi Qaydası ilə yanvar-fevral ayı üçün bir sıra güzəştlər nəzərdə tutub.

Banco.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2017-ci ilin fevral ayında vergi ödəyiciləri əsas vergi borcunun tam hissəsini ödədikdə gecikmələr üzrə faiz borcları qeyd-şərtsiz olaraq tam silinəcəkdir.

Həmçinin maliyyə sanksiyaları üzrə Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tətbiq edilmiş maliyyə sanksiyaları tam olaraq silinəcək və digər maliyyə sanksiyaları üzrə isə 2017-ci ilin yanvar-fevral ayları ərzində maliyyə sanksiyalarının 50%-i ödənilərsə, ödənilməmiş 50%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcəkdir.

Qeyd edək ki, cari ildə vergi güzəştləri yanvar-mart ayları üçün də nəzərdə tutulub.