Uğurlu satış üçün Coca-Coladan 6 addım | Banco.az

Uğurlu satış üçün Coca-Coladan 6 addım

İlk dəfə 1886-ci ildə istehsal edilən Coca-Colanın açıqladığı rəqəmlərə görə, dünyada hər gün 1.9 milyard ədəd Coca-Cola satılır. Bəs bu cür uğurlu satış üçün şirkət vaxtilə hansı addımları atıb? Gəlin baxaq:

1. Əvəzi olmayan və test edilmiş bir düstur

Coca-Colanın ərsəyə gəlməsi əslində bir az da təsadüflərə söykənir. Əczaçı John Pemberton ağrı kəsici bir sirop hazırlamağa çalışarkən Coca-Colanın formulunu ortaya çıxarır. İlk illərində spirt və hətta kokain də qatılan Coca-Cola, bir müddət istehlakçılar tərəfindən istifadə olunduqdan sonra insanlar tərəfindən çox bəyənilir.
1903-ci ildə Colanı narkotik tərkibli bütün maddələrdən təmizləyib , içkinin eyni dadda qalması üçün ciddi bir səy göstərirlər.

2. Fikirdə qalan və dəyişməz bir loqo

Coca-Cola markasını təmsil edən adlar, markaya aid loqonu “nüvə loqo” olaraq adlandırır. Markanın loqosu zaman içində kiçik dəyişikliklərə uğramış olsa da, 1923-ci ildə standartlaştırılmasının ardından nüvə loqo üzərində heç bir dəyişiklik edilməyib.

3. Markalı şüşəylə qablaşdırıldı

Təcrübə göstərir ki, belə böyük markaların tamamilə dəyişməz olması qeyri -mümkündü. Lakin Coca-Colanın dəyişməz xüsusiyyətləri yalnız loqosuyla məhdud deyil. 1888-ci ildə şirkəti 2300 $ kimi gülməli bir qiymətə satın alan Asa Griggs CANDLER, 1915-ci ildə marka imici yaratmaq məqsədilə Coca-Cola üçün bir şüşə seçimi yarışması etməyə qərar verir.

The Root Glass adlı şirkət yarışmaya qatılarkən, Coca sözünə uyğun olaraq şüşə dizaynı üçün kakao ağacını nümunə götürür. Yarışmanı qazanan bu dizayn Coca-Colanın yeni simvolu olur və illər içində kiçik dəyişikliklərə uğrasa belə əsla ümumi quruluşunu itirməyir. Hətta kiçik şüşədəki Coca-Colanın satılmadığı ölkələrdəki reklamlarda belə hələ bu ikondan istifadə edilməyə davam edilir.

Ən sərfəli kredit üçün müraciət et

4. 70 il boyunca qiyməti heç dəyişdirilmədi

Coca-Colanın satışa təqdim edildiyi 1886-ci ildən 1959-ci ilə qədər firma, ikon halına gətirdiyi kiçik şüşədəki kolanın qiymətini hər zaman sabit tutdu. 70 il boyunca 5 sentə satılan Coca-Cola, bu müddət ərzində bəzi reklamlarında belə, “5 Sent” ifadəsini istifadə etdi.

5. Dünyaya marka imicinin nə olduğunu göstərdi

Coca-Cola ortaya çıxdığı illərdə, istehlakçıları üzərində buraxdığı təsirləri məhsulun tanıtımı üçün ən əhəmiyyətli meyar halına gətirdi. O dövrdə edilən, kuponlardan təqvimlərə, afişa saatlara qədər hər reklamda eyni mesajı bir standarta oturdaraq təqdim etdi. “Drink Coca-Cola / Delicious and refreshing” cümləsi əvvəl Amerikada sonra da dalğa dalğa bütün ölkələrdəki reklamların ana mövzusu halına gətirildi.

6. Möhtəşəm bir diler sistemi yaratdılar

Coca-Colanın sirop olmaqdan çıxıb bir içkiyə çevrildiyi illərdə marka istehsalı üçün fərqli firmalarla razılaşma əldə etdi. İndiki vaxtda 250-dən çox müstəqil istehsalçısı var və bunların hamısı eyni standartlarda istehsal etməyə davam edir. Butler kitabında bununla bağlı belə bir cümlə işlənir: “Coca-Cola nəhəng bir firma deyil, kiçik firmalardan meydana gələn bir sistemin bütövüdür.” Görünən odur ki, Coca-Colanı yaymaq üçün bundan daha yaxşı bir seçim etmək mümkün deyildi.

Bizplus.az