"Sığorta şirkətlərinin kütləvi şəkildə bazarı tərk edəcəyini proqnozlaşdırmırıq" | Banco.az

"Sığorta şirkətlərinin kütləvi şəkildə bazarı tərk edəcəyini proqnozlaşdırmırıq"

“Ötən il Azərbaycanın sığorta bazarını 4 şirkət tərk etsə də, bu il bu cür vəziyyətin təkrarlanacağını proqnozlaşdırmırıq”.

Bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, onun sözlərinə görə, sığorta bazarında sağlamlaşdırma tədbirləri davam etdiriləcək və bu çərçivədə “Başak İnam Sığorta” ASC kimi hansısa şirkətlərin könüllü şəkildə bazardan kənarlaşacağı istisna edilmir.

©Report