Bank BTB
Aparıcı mütəxəssis-hüquqşünas
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC Aparıcı mütəxəssis-hüquqşünas vəzifəsinə işə qəbul elan edir.
İş barədə məlumat:
- İpoteka kreditini Azərbaycan İpoteka Fondu ASC tələblərinə uyğun rəsmiləşdirməkdə, sənədlərin saxlanılmasında və mühafizəsində hüquqi dəstəyi təmin edir;
- İpotekanın rəsmiləşdirilməsi zamanı Bankı dövlət orqanlarında təmsil edir;
- Azərbaycan Respublikası İpoteka Fondu ilə bağlı işləri icra edir;
- Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrini vaxtında uzadılmasını təmin edir;
- İpoteka şöbəsinin rəhbərinin ipoteka üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir;
- Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
- Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
- Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır.
- Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
- Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
- Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
- Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin hüquqi ekspertizasını aparır.
.Namizədə tələblər:
- ali hüquqi təhsil;
- bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə.
- işgüzar ünsiyyət etikası.
- məsləhət vermək bacarığı;
- qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində [email protected] elektron ünvanına 14 mart 2017-ci il tarixinə qədər göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Aparıcı hüquqşünas) göstərməyiniz xahiş olunur.