Mərkəzi bankın notlarına tələb az oldu | Banco.az

Mərkəzi bankın notlarına tələb az oldu

Bu gün fevralın 22-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (MB)  50 mln. manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Notların hər  birinin nominal dəyəri 100 manat, tədavül müddəti 35 gündür.  

BFB-dən bildiriblər ki,   hərraca 4 investordan  4 sifariş təqdim edilib. Sifarişlərin nominal üzrə ümumi məbləği 12 375 600 manat olub. Sifarişlər 98,5632 manat (14,9939%) - 99,7500 manat (13,0198%) qiymətində təqdim olunub.

Ən sərfəli kredit üçün müraciət et

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,5632 AZN (14,9939%), orta ölçülmüş qiyməti isə 98,5789 manat (14,8277%) olmaqla AMB tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 12 375 600 manat məbləğində müəyyən edilib.

Qiymətli kağzların ödəmə tarixi 29 mart 2017-ci ildir.