"Azər-Türk Bank" yeni müqavilə imzalayıb | Banco.az

"Azər-Türk Bank" yeni müqavilə imzalayıb

AzərTürk Bank və onlayn ödəmə xidməti provayderi GoldenPay arasında müqavilə imzalanmışdır.

Bu barədə "Banco.az"a Bankdan məlumat verilib.

Müqaviləyə görə plastik kart sahibləri AzərTürk Banka olan kredit kartı və cari kredit borclarını Hesab.az portalına daxil olmaqla, onlayn şəkildə anında ödəyə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “AzərTürk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.