Rəhbəri həbs olunan "Samsung"un səhmləri kəskin ucuzlaşıb | Banco.az

Rəhbəri həbs olunan "Samsung"un səhmləri kəskin ucuzlaşıb

Rüşvətxorluqda təqsirləndirilən "Samsung Electronics"in rəhbəri Li Çje Yen həbs olunduqdan sonra şirkətin səhmləri kəskin ucuzlaşıb.

Bugünkü ticarət sessiyasında korporasiyanın səhmlərinin nominal dəyəri 1,21% azalıb.

Koreya mətbuatının yazdığına əsasən, şirkət rəhbəri Cənubi Koreya prezidenti Pak Kın Xe ətrafında baş verən korrupsiya qalmaqalı səbəbindən həb olunub. Məhkəmə qərarına əsasən korporasiyanın faktiki rəhbəri həbsxanada saxlanacaq.

Mənbə: Apa.az