Bu gün fevral ayının 7 Azərbaycanın bəzi banklarında dollar və avronun satış qiymətinin aşağı düşdüyü müşahidə olunur. Səhər saatlarında 1 dollar 1.88 manatdan, 1 avro 2.04 manatdan yüksək satılır.
Araşdırmaya əsasən dolları dünən 1.9400 manata satan “CDB Bank”” bu gün 1 dolları 1.8900 manata satır. Avropa valyutasını isə dünən 2.1210 manata satdığı halda bu gün 2.0705 manata satır.
Dünən "AccessBank” 1 dolları 1.9240 manata satırdı. Bu gün isə bankda dolların məzənnəsi 1.8900 manata təyin olunub. Avro isə 2.0902 manatdan -2.0404 manatadək ucuzlaşıb).
“Atabank” bu gün 1 dolları 1.9000 manata satır. Dünən bu məbləğ 1.9300 manata bərabər idi. Bank avronu 2.0350 manata satır. Dünən isə bu məzənnə 2.0800 manat idi.
Fevralın 6-da dolları 1.9200 manata satan “NBC Bank” bu gün 1.8800 manata satır. Avronu isə 2.0800 manatdan 2,0400 manatadək ucuzlaşdırıb.
Dünən ABŞ valyutasını 1.9300 manata satan “Unibank” isə bu gün 1.9200 manata satır. Arpopa valyutası isə 2.1417 manatdan 2.0906 manata enib.
Mənbə: Fins.az