Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” (CQD) QSC və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanıb.
Kredit sazişini CQD-nin baş direktoru Əfqan İsayev və AIIB-in İnvestisiya əməliyyatları Departamentinin baş direktoru Teravaninton Supi (Teravaninthorn Supee), kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov, AIIB-in adından Teravaninton Supi imzalayıblar.
Qeyd edək ki, müqavilənin ümumi dəyəri 600 mln. ABŞ dolları məbləğindədir.
©Report