“Siqaretin satışına məhdudiyyətin qoyulması topdansatış və istehsalçı ilə əlaqədardır”.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev siqaret satışının məhdudlaşdırılması səbəblərindən danışarkən deyib.
O qeyd edib ki, siqaret həm daxildə istehsal, həm də xaricdən idxal olunur: “Pərakəndə satışla bağlı heç bir problem yoxdur. Əgər təklif verərlərsə, pərakəndə satış idarəsi həmin qiyməti daha da artırıb satışa çıxaracaq. İstehsalçı, topdansatış və idxalçı nağdsız ödənişə etiraz olaraq bu addımı atmaq qərarına gəlib. Yəni, siqareti haradasa qıtlaşdırırlar”.
S.Əliyev bütün bunların siqaretin qiymətinin artımına səbəb olacağını vurğulayıb: “Əslində bütün bunlar siqaretin qiymətinin qalxmasına yönəlib. Onsuz da qiymət artımı baş verir. Siqaret xarici ölkələrdən alınır.
Dolların bahalaşması birbaşa qiymət artımına istiqamətlənib. Görünür, bunun arxasında həm də hansısa vergi güzəşti dayanır. Onlar siqaretin qiymətini artırmaq istəyir, hökumәt isə buna yol vermir. Buna görə də onlar hökumәti hansısa fakt qarşısında qoymaq istəyirlər”.
©AzNews.az