İlk McDonalds restoranı
Mcdonalds ilk dəfə 1940-cı ildə Dick və Mac McDonald qardaşları tərəfindən California San Bernardinoda ölkədəki ilk real fast food restoranı olaraq fəaliyyətə başladı. “Avtomobilə xidmət restoranı”, müştərilərə ucuz və tez hamburger, kartof qızartması və Milkshake sataraq başladıqları iş həyatları, çox qısa bir müddət içərisində inkişaf etdi və genişləndi.
Kağız stəkan və solfetlər ilə xidmət etməyə başlayıb, təqdim etdikləri zəngin menyunu qamburger, cheeseburger, kartof qızartması, içki və şirniyyat ilə məhdudlaşdıraraq menyudakı müxtəlifliyi azaltdılar və qamburgerin qiymətini yarıya endirdilər. İş sistemi mətbəx nizamı, az sayda işçi ilə səmərəli iş mexanizmi əsasında təkrar təşkil edildi. Bununla yanaşı avtomobilə xidmət əvəzinə, self-servis və servisə yönəldilər. Beləcə, artıq yalnız gənclərin deyil, uşaqlı ailələrin də rahatlıqla gələ bildiyi yer olmağa başladı. Qısa zamanda bu nizam ilə yüksək gəlir əldə etməyə başladılar.
Mcdonaldsın satılması
İşləri yolunda gedən qardaşlar, Ray Kroca multimixer sifarişləri verməyə başladılar. Sifarişin böyüklüyündən ovsunlanan Kroc bu restoranı görmək üçün Kaliforniyaya getdi. Bu tarixdən sonra McDonalds onun həyat tərzinə çevrildi .1954-cü ildə qamburgerin gələcəyinin parlaq olacağını görən Kroc, marka adının istifadə hüququnu (franchise, şirkətin şöbəsini açmaq imtiyazı) əldə edərək restoranlar açmağa başladı. 15 Aprel 1955-ci ildə öz restoranını açaraq McDonald’s-ın ilk administratoru oldu. 1961-ci ilə artıq o, 228 restoranın sahibi olmuşdu. Həmin il şirkəti 2,7 milyon $ ‘a qardaşlardan satın aldı və qamburger Universitetini qurdu. Ford avtomobillərinin istehsal texnikalarının və devizinin (sürətli, keyfiyyətli, təmiz) qida sektoruna uyğunlaşdırıldığı McDonalds restoranlarının sayı 1963-ci ildə 500-ü keçdi.
Mcdonaldsın birjaya çıxması
1965-ci ildə səhminin qiyməti 22,50 dollarla birjaya çıxarıldı və 1966-cı ildə New York Birjasında əməliyyat görməyə başladı. Bu, artıq McDonalds restoranlarının ölkə səviyyəsində böyük bir şirkət olduğu mənasını verirdi. 1967-ci ildə ilk beynəlxalq McDonalds restoranı Kanada və Puerto Ricoda açılır. 1970-ci illər, McDonalds üçün sürətli böyümə, inkişaf və yenilənmə illəri olur. McDonalds bu illərdə bir tərəfdən özünü ABŞ xaricinə daşıyıb beynəlxalq bir şirkət imici qazanarkən, digər tərəfdən də iş həyatında qadın-kişi bərabərliyi, təmiz ekoloji mühit, köməyə möhtac uşaq kimi ictimai mövzularla əlaqədar sosial işlər icra etməyə başladı.
1980-ci illərdə, McDonalds dünyanın ən böyük şirkətləri arasında yer aldı və səhmlər New Yorkla yanaşı Tokio, Paris, Münhen, Frankfurt və Toronto kimi əhəmiyyətli ticarət mərkəzlərinin birjalarında da əməliyyat görürdü. Restoran sayı 1982-ci ildə yeddi min, 1986-ci ildə on minə qalxsa da, əsas partlayış hələ qabaqdaydı. 90-cı illərin əvvəlində Rusiya və Çin kimi xüsusi bir mövqeyə və fərqli şərtlərə sahib iki bazara daha girərək, “dünya markası” olduğunu bir daha sübut etdir.
14 Yanvar 1984-cü ildə McDonalds-ın qurucusu və İdarə heyətinin başçısı Ray Kroc ölür.
1988-ci ildə Fortune Jurnalı McDonalds qamburgerlerini Amerikanın ən yaxşı hazırladığı 100 məhsul sırasına salır.
1990–cı il 31 Yanvarda Moskvadakı ilk McDonalds restoranı açılır. Hamburger Universiteti 40.000. şagirdinin Məzuniyyətini qeyd edir. Life jurnalı Ray Krocu “20-ci əsrin ən əhəmiyyətli 100 Amerikalısı” arasında göstərir.
1992-ci ildə dünyada o günə qədər açılmış restoranların ən böyüyü olan McDonalds Çində,(Pekində) açılır. Bu iki mərtəbəli 28.000 metr kvadrat restoranda 700 oturacaq olur və 1.000 nəfər şəxsi heyət fəaliyyət göstərir.
Mcdonalds Azərbaycanda
Ölkəmizdə ilk Mcdonalds restoranı 1999-cu ildə Bakı şəhərində Fəvvarələr meydanında açılıb. Azərbaycanda 12 filialla fəaliyyət göstərən McDonalds restoranları şəbəkəsində ümumilikdə 1000-ə yaxın işçi çalışır.
McDonalds bu gün
- Hazırda McdDonalds 100-dən çox ölkədə 30.000-dən çox restoranla xidmət verir. Bunların 13000-dən çoxu Amerika xaricində fəaliyyət göstərir.
- Restoranların təxminən 70 %-i administratorları, digərləri isə McDonalds şirkətinin özü tərəfindən işlədilir.
- Hər gün dünyada orta hesabla 52 milyon insan McDonalds restoranlarını ziyarət edir.
- ABŞ-da əhalinin 98 faizi ildə ən az bir dəfə bu restoranları ziyarət edir.
- Restoranlar şəbəkəsinin fəaliyyətləri, şirkətin ABŞ-da Çikaqo yaxınlığında Oak Brookdakı mərkəzindən idarə olunur.
Mənbə: Bizplus.az