“AtaBank” ötən ili necə başa vurdu? | Banco.az

“AtaBank” ötən ili necə başa vurdu?

“Atabank” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 30 dekabr 2016-cı ildə bankın cəmi aktivləri 472 mln. 541 min 860 manat olub. Bankın aktivləri keçən ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 1,4% azalıb. 

Bankın kapitalı 59 mln. 811 min 189 manat həcmində qeydə alınıb.

Sözügedən dövrdə bankın kredit portfeli 406 mln. 533 min manat olub, bu isə keçən ilin 2-ci rübü ilə müqayisədə 6,1 mln. manat artım deməkdir. 

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 269 mln. 591 min 400 manat olub.

Bank ili mənfəət ilə başa vurub. 30 dekabr 2016-cı ildə bankın mənfəəti 1 mln. 109 min 980  manat olub. Vergilər çıxıldıqdan sonra isə bankın xalis mənfəəti 340 min 380  manat olub.

1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir.