"Neft bahalaşacaq" - PROQNOZ | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Neft bahalaşacaq" - PROQNOZ

Çoxsaylı bazar risklərinə baxmayaraq, OPEC-in təklifi azaltmasının verdiyi müsbət effekt son 5 ayda ilk dəfə neft qiymətlərinin yüksələcəyi barədə proqnozların yaranmasına səbəb olub. ABŞ-ın "The Wall Street Journal" qəzeti analitiklər arasında bununla bağlı sorğu aparıb. 

Sorğuya görə, analitiklər "Brent" markalı neftin 2017-ci il üçün orta qiymətlə bağlı proqnozunu dekabrdakı 55 dollar/bareldən hazırda 56 dollar/barelə yüksəldiblər. 

Ekspertlər neft bazarında təklifin azalması sayəsində tarazlığın əldə olunacağını bildirirlər. Qəzetin keçirdiyi sorğuda respondentlər "Brent" markalı neftin qiymətinin il ərzində 60 dollar/bareli bir qədər keçəcəyini gözlədiklərini açıqlayıblar. 

©Report