"Azərbaycan OPEC qarşısındakı öhdəliyinə tam sadiqdir" | Banco.az

"Azərbaycan OPEC qarşısındakı öhdəliyinə tam sadiqdir"

"Azərbaycan OPEC üzvlərinin və kartelə daxil olmayan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir". Bunu "Natural Gas World" nəşrinə müsahibəsində energetika naziri Natiq Əliyev bildirib.

N. Əliyevin sözlərinə görə, cari ilin yanvarın 1-dən Azərbaycanda sutkalıq neft hasilatı 35 min barel azaldılıb. "Bu razılaşmaya əsasən, yanvarın 1-dən 20-dək Azərbaycanda sutkalıq neft hasilatı 789 min barel təşkil edib", - deyə o əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir qeyd edib ki, ötən ilin analoji ayı ilə müqayisədə cari ilin yanvarında neftin qiyməti 25 dollar artıb və bu amil neft hasilatçılar üçün əlverişlidir.

"Əgər digər hasilatçılar qiymətlərin stabilləşməsi üçün istehsal səviyyəsini bir qədər də azaltmaq istəsələr, Azərbaycan bunu dəstəkləyəcək və analoji addım ata bilər", - deyə nazir bildirib.

©APA.az