Elektron pul kisəsi daha sərfəlidir, yoxsa ödəniş kartı? | Banco.az

Elektron pul kisəsi daha sərfəlidir, yoxsa ödəniş kartı?

Hamının bildiyi kimi, bundan sonra elektron ödənişlərdə vergi tətbiqi həyata keçiriləcək. Belə ki, xarici elektron dükanlardan alınan xidmətlərə görə vətəndaş 18% dəyərində ƏDV ödəməli olacaq.

Yəni, müştəri hər dəfə öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət alanda vergi ödəyəcək.

Bəs ödəniş kartı əvəzinə elektron pul kisəsi istifadə edilsə necə olar?

Məlum olduğu kimi elektron ticarət saytlarında ödəniş əməliyyatlarını həyata keçirmək üçün “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks” və s. kimi internet proqramlardan istifadə edilir.

Elektron pul kisəsini isə əldə etmək üçün isə mütləq qaydada bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin internet səhifəsindən qeydiyyatdan keçilməlisiniz. Qeydiyyatdan keçdikdən sonra, adi ödəniş kartları və bank hesablarından pul kisəsinə istədiyiniz qədər məbləği köçürə bilərsiniz. Daha sonra elektron pul kisəsinə daxil olaraq, onlayn alış-veriş etmək mümkün olar.

Ən sərfəli kredit üçün müraciət et

Elektron pul kisəsinə köçürdüyünüz hər məbləğə görə 10% miqdarında ÖMV (ödəmə mənbəyindən tutulan vergi) ödəməli olacaqsınız.

Bu zaman siz, istədiyiniz sayda aldığınız iş və ya xidmətlər üçün əlavə vergi ödəməli olmayacaqsınız.

Əgər, çox sayda iş və ya xidmət almağı planlaşdırırsınızsa bu zaman sizə məsləhət görərdik ki, elektron pul kisələrindən istifadə edəsiniz. Çünki bu zaman sizdən sadəcə elektron pul kisəsinə yerləşdirdiyiniz məbləğin 10% həcmində vergi tutulacaq. Əks halda aldığınız hər iş və ya xidmətə görə 18% ƏDV ödəməli olacaqsınız.