Bill Qeyts 1999-ci ildə yazdığı "Business @ the Speed of Thought" adlı kitabında, gələcəyə və texnologiyaya dair gələcəyə dair 6 proqnoz var.
Proqnoz 1 - Qiymətləri müqayisə edən saytlar
Qeytsə görə gələcəkdə ən ucuz məhsulu tapa bilmək üçün xüsusi xidmətlər yaradılacaq.
Proqnoz 2 - Ağıllı telefonlar
Mobil telefonların hələ yeni-yeni yayılmağa başladığı illərdə, Qeyts bu cihazların gələcəkdə xəbərləri izləmək, aviabilet almaq kimi saysız-hesabsız işin öhdəsindən gələcəyini iddia etmişdi.
Proqnoz 3 - Sürətli maliyyə əməliyyatları və onlayn səhiyyə xidmətləri
Bu dəfə Qeytsin uzaqgörənliyi internet ilə əlaqədardır. Qeyts gələcəkdə bütün maliyyə əməliyyatlarının internet vasitəsilə edilə biləcəyini və onlayn səhiyyə xidmətinin reallaşacağını söyləmişdi. Maliyyə sahəsində haqlı çıxmış olsa da, hal-hazırda səhiyyə sahəsində olan proqnozu özünü tam doğrultmayıb.
Proqnoz 4 – Şəxsi köməkçi
Qeyts gələcəkdə insanların ən böyük köməkçisinin texnologiya olacağını söyləmiş, real köməkçi kimi vərdişlərinizi və ya ehtiyaclarınızı izləyən virtual köməkçilərə sahib olacağımızı iddia etmişdi.
Proqnoz 5 - Evin internetdən izlənilməsi
Qeyts evlərdə canlı kameraların yayılacağını söyləmişdi. 2014-ci ildə Google 555 milyon dollara Dropcam-ı satın aldı. Dropcam isə evdə olmayanda evinizi canlı olaraq izləməyi təmin edən bir xidmətdir.
Proqnoz 6 - Sosial Media
Microsoft-un yaradıcısı Qeyts gələcəkdə insanların internet vasitəsilə ünsiyyət quracaqlarını və bunun üçün xüsusi veb-saytların yaradılacağını söyləmişdi. Bu proqnoz da özünü sübut etdi.