2017-ci ildə Dövlət Neft Fondundan (SOFAZ) Azərbaycan Beynəlxalq Bankına (ABB) ayrılacaq vəsaitin məbləği məlum olub.
Bu il bankın sağlamlaşdırılmasına ən azı 1,5 milyard dollar ayrılacaq.
Həmin vəsaitin məhz birbaşa ABŞ dolları ilə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2017-ci ildə Dövlət Neft Fondundan Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 milyard manat və ya 4,2 milyard dollar məbləğində transfer ediləcək. Həmin vəsaitin bir hissəsi ABB-nin sağlamlaşdırılmasına sərf ediləcək.
Qeyd edək ki, ötən il SOFAZ Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib.
Başqa sözlə, Fond 2001-ci ildən sonra ilk dəfə kapitalını daxili bazara yerləşdirib. Neft Fondunun 1 milyard dollar depoziti Beynəlxalq Bankın xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.
©Fins.az