ABŞ-da hasilatın artması nefti ucuzlaşdırıb | Banco.az

ABŞ-da hasilatın artması nefti ucuzlaşdırıb

Dünya birjalarında neft ucuzlaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,85 dollar və ya 1,62% azalaraq 51,63 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar və ya 1,48% azalaraq 54,65 dollar olub.

Neftin ucuzlaşmasının səbəbinə gəlincə, Davos Forumunda çıxış edən Səudiyyə Ərəbistanın neft naziri Xalid əl-Falih və BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildiriblər ki, neftin 1 barelinin qiyməti 50 dolları ötən kimi, ABŞ-ın neft hasilatçıları aktivləşir. Onlar hesab edir ki, bu amil nefti ucuzlaşdıracaq.

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol isə əlavə edib ki, neftin bahalaşması ABŞ-da fəaliyyət göstərən neft istehsalçılarının aktivləşməsi prosesini daha da sürətləndirəcək.

©APA.az