Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il ərzində 6 266,1 mln. kubmetr həcmində qaz hasil edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2015-ci illə müqayisədə 8,8% azdır.
Şirkətin 2016-cı ildə hasil etdiyi qazın 539,9 mln. kubmetri dekabr ayının payına düşüb.
Mənbə: Report.az