“Qara bazar”da dollar yenidən bahalaşdı – QİYMƏTLƏR | Banco.az

“Qara bazar”da dollar yenidən bahalaşdı – QİYMƏTLƏR

Yanvarın 17-də “qara bazar”da dollar yenidən bahalaşıb. 

Fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə edilən məlumatlara əsasən, səhər saatlarında dollar alışı 1,84 manata, satışı isə 1,86 manata qədər yüksəlib.

Qeyd edək ki, yanvar ayının 14-dən 16-da qədər “qara bazar”da dolların alışı 1,83 manat, satışı isə 1,85 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Fərdi qaydada dollar satışı ilə məşğul olan şəxslər bildiriblər ki, yanvarın 16-da keçirilən valyuta hərracından sonra dolların bahalaşması, bundan əlavə, Azərbaycan Mərkəzi Bankının ilk dəfə olaraq dolları rekord (1,8045 manat) səviyyədə artırması “qara bazar”da Amerika valyutasının yenidən bahalaşmasına səbəb olub.

Mənbə: Fins.az