Azərbaycanda banklararsı kreditlər üzrə orta faiz dərəcəsi həm manat, həm də valyutada yüksəlib.
Hesabata əsasən, banklararası manat kreditləri üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,09 faiz bəndi artaraq 2016-cı il dekabrın 1-nə illik 7,78%, xarici valyutada isə 0,02 faiz bəndi artaraq 5,44%-ə çatıb.
Bir ildən yuxarı müddətə verilən manat kreditlərinin faizləri isə 4,14 faiz bəndi artaraq dekabrın 1-nə 8,91% , bir ildən yuxarı xarici valyutada olan kreditlər aylıq müqayisədə 0,01 faiz bəndi bahalaşaraq dekabrın 1-nə 4,71% təşkil edib.
Qeyd edək ki, manatla 30-90 günlük kreditlərdə faizlər dəyişməyib və illik 17,42%, xarici valyutada isə ucuzlaşaraq 17,22%-dən 16,54%-ə enib.
©Report.az