Google-in iş müsahibələrində soruşduğu 6 qəribə sual | Banco.az

Google-in iş müsahibələrində soruşduğu 6 qəribə sual

Google maaşı, nüfuzlu adı və rahat iş mühiti ilə ideal şirkətlər arasındadır.

Jonathan Rosenberg və Eric Schmidt yazdıqları "Google Necə işləyir?" adlı kitabda Google-da iş müsahibəsi zamanı verilən suallar haqqında maraqlı məlumatlar veriblər.

Kitabdakı xatirələrdən birində qeyd olunur...

Google-nin qurucularından biri olan Sergey Brin Jonathan Rosenbergi işə götürərkən, "Mənə bilmədiyim bir şey öyrədə bilərsənmi?" deyə soruşur. Rosenberg Sergey Brinə mənfəət, xərc və gəlir funksiyalarını əhatə edən bir iqtisadiyyat qanunundan danışmağa başlayır.

Sergey Brinin sıxıldığını və diqqətinin yayındığını görən Rosenberg, görür ki, izah etdiyi mövzu Brinə heç də maraqlı gəlmir. Anlayır ki, verilən sualda əsas olan qarşı tərəfə maraqlı gələ biləcək məlumatın verilməsidir.

Rosenberg bunun fərqinə vardıqdan sonra, həyat yoldaşı ilə tanış olma cəhdindəki uğurlu taktikalardan danışmağa başlayır. Verdiyi məsləhətlər ilə Brinin diqqətini özünə cəlb etməyi bacaran Rosenberg, "özünü düzgün ifadə etmə bacarığına və qarşı tərəfin diqqətini cəlb edə bilmə qabiliyyətinə görə" işə qəbul olunur.

Sizlərə Google-da müsahibə zamanı verilən maraqlı suallardan bir neçəsini təqdim edirik:

Bir avtobusa neçə golf topu yerləşər?

Ən sərfəli kredit üçün müraciət et

"Verilənlər bazası" anlayışını 8 yaşındakı uşağa 3 cümlə ilə necə izah edərsiniz?

Bir ölkədə ailələr sadəcə oğlan uşaqlarının olmağını istəyir. Qızları olursa yenidən uşaq dünyaya gətirməyə davam edirlər. Oğulları olursa daha uşaq dünyaya gətirmirlər. Bu ölkədə oğlanların qızlara nisbəti nə qədərdir?

Bərabər boyda 8 topunuz var,lakin bir dənəsi digərlərindən daha ağırdır. Sadəcə bir tərəzidən istifadə etməklə, 2 dəfə çəkmək şərtilə həmin ağır topu necə tapardınız?

Saniyə əqrəbi ilə dəqiqə əqrəbi gündə neçə dəfə üst-üstə düşür?

Sietldakı bütün şüşələri təmizləmək üçün nə qədər pul istəyərsən?