İnvestisiya üçün 4 ən cəlbedici valyuta - AÇIQLAMA | Banco.az

İnvestisiya üçün 4 ən cəlbedici valyuta - AÇIQLAMA

“Goldman Sachs Group Inc." investisiya bankı investorlara Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika valyutalarına investisiya yatırmağı tövsiyə edir. Bu barədə bankın açıqlamasında deyilib.

Bankın analitiklərinin fikrincə, 2017-ci ildə Çin yuanının məzənnəsində "2016-cı ilə paralel" olan geriləmə müşahidə olunacaq.

Çin, Cənubi Koreya və digər Asiya ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra yürüdəcəyi siyasətə həssaslıqla yanaşır. Analitiklər hesab edir ki, Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika daha az riskli mövqedədir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: APA.az