Azər Türk Bank Visa kart sahibi olan müştərilərini Dubay Şoppinq Festivalında inanılmaz endirim fürsətlərindən yararlanmağa dəvət edir.
Belə ki, Bankın Visa kartları ilə Festivalın keçirildiyi müddətdə (26.12.2016-28.01.2017) alış-veriş edən müştərilərə xüsusi güzəştlər təklif olunur. Avtomobil, elektronika, zərgərlik məmulatlarını xüsusi endirimlə əldə etmək, həmçinin əyləncə, gündəlik məişət ehtiyacları, eləcə də digər xidmətlərdən faydalanmaq Visa ilə oluqca sərfəlidir.
Bununla yanaşı, Visa kart sahibləri festival müddətində JumeirahTH otellərində qonaqlamaya 25% faiz endirim əldə edəcək.
Visa ödəniş kartlarının yaratdığı imkanlardan yararlanmaq üçün müştərilər https://www.visamiddleeast.com/dsfsaytında qeydiyyatdan keçməlidirlər. Bu barədə daha ətraflı məlumatıhttps://www.jumeirah.com/en/offers/visaoffers/visawinter/ ünvanından əldə etmək mümkündür.
Azər Türk Bankın Visa ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən xidmət ofisinə müraciət edə, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada sifariş edə bilər.
Bununla yanaşı, Azər Türk Bankın MasterCard sahibi müştərilərinə də xüsusi təklifləri var.
Belə ki, təqdim olunmuş promo-kodlardan istifadə edərək Azərbaycanın aparıcı hotellərində endirim əldə edə bilərsiniz.
Boulevard Hotel Baku, Intourist Hotel Baku, JW Marriott Absheron Baku, Flame Towers Fairmont Hotel Baku, Chenot Palace Gabala hotellərində 10-25%dək endirimlərdən faydalanın.
Təqdim olunan kampaniya müddəti 31.03.2017-ci ilədək keçərlidir.
İqtisadiyyatın real sektoruna maliyyə dəstəyi verən "Azər Türk Bank" ASC 11 xidmət ofisi ilə müştərilərin xidmətindədir. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.