Hasilatın dondurulmasına şübhələrin artması nefti ucuzlaşdırır | Banco.az

Hasilatın dondurulmasına şübhələrin artması nefti ucuzlaşdırır

Dünya birjalarında neft ucuzlaşır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar azalaraq 53,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 56,30 dollar olub.

OPEC ölkələrinin hasilatın müəyyən olunmuş səviyyədə dondurulması ilə bağlı qərara əməl edəcəklərinə şübhələrin artması neftin ucuzlaşmasına səbəb olub.

Mənbə: Apa.az